Ciro Immobile “Mükəmməllik Mükafatı”na layiq görülüb

Bakı, 19 sentyabr, Sporaz.tv

Beynəlxalq Aralıq dənizi Mükəmməllik Mükafatı Mərasimində “Beşiktaş“ın italiyalı hücumçusu Ciro İmmobile və Qadın Voleybol Milli Komandasının baş məşqçisi Daniele Santarelli “Mükəmməllik mükafatı”na layiq görülüblər.

Sporaz.tv xəbər verir ki, oktyabrın 21-də İtaliyanın paytaxtı Romadakı Valentini Sarayında keçiriləcək ikinci mərasimdə Ciro Immobile və Daniele Santarelli ilə yanaşı, Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ və Beşiktaş Klubunun vitse-prezidenti də iştirak edəcək.

Keçən il ilk dəfə İtaliya İdman Yazıçıları Dərnəyi (USSI) və Avropa İdman Yazarları Assosiasiyasının (AIPS) təşkilatçılığı ilə təşkil edilən mükafatlandırma mərasimində Milli Futbol Komandasının baş məşqçisi Vincenzo Montella da mükafata layiq görülüb.

Leave a Reply