Cinsi azlıq nümayəndəsi “Galatasaray”ın heyətində

Bakı, 26 avqust, Sporaz.tv

Galatasaray (Qalatasaray)-ın yeni transferi Andrea Staskova, Türkiyə futbol tarixinin ilk oyunçusudur ki, o, cinsi azlıq nümayəndəsidir.

Sporaz.tv xəbər verir ki, qadın futbolu üzrə Turkcell Super Liqasının son çempionu Galatasaray (Qalatasaray Petrol Ofisi), heyətini hücumçu Andrea Staskova ilə gücləndirib.

Klub, çexiyalı hücumçu Andrea Staskova ilə 1 illik müqavilə imzalayıb.

Karyerasına Znojmada başlayandan sonra ölkəsinin ən uğurlu komandalarından olan Sparta Praga ilə müqavilə imzalayan futbolçu, oradakı yüksək səviyyəli oyunu ilə Avropanın önəmli komandalarının diqqətini çəkib.

2018-19 mövsümündə Sparta Praga ilə 20 matçda 32 qol vuran uğurlu futbolçu, möhtəşəm mövsümdən sonra sırayla Juventus (Yuventus), “Atletico Madrid” və “Milan” kimi komandalarda forma geyinib.

Çexiya Millisinin önəmli oyunçularından olan Andrea Staskova, 49 dəfə meydana çıxdığı milli forması ilə 17 qola imza atıb. Çempionlar Liqasında meydana çıxdığı 24 oyunda isə 10 qol vurub.

Ulduz hücumçu, karyerasında 2 İtaliya Liqası, 2 Çexiya Liqası, 3 İtaliya Superkuboku, 3 Çexiya Kuboku, 1 İtaliya Kuboku və 1 İspaniya Kraliça Kuboku çempionluğu qazanıb.