Cimbomda İcardi narahatlığı: 6 kilo arıqladı

Bakı, 19 iyul, Sporaz.tv

Argentinadan “Galatasaray“ın ulduz futbolçusu Mauro İcardi ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib.

Sporaz.tv məlumat verir ki, Argentinalı jurnalist Gustavo Mendez sarı-qırmızılı azarkeşlərin və menecerlərin Wanda Naradan ayrıldıqdan sonra “Galatasaray”ın futbolçusu Mauro İcardinin durumundan narahat olduqlarını iddia edib. İcardinin ayrılıqdan sonra depressiyaya düşdüyünü və iştahının olmadığını iddia edən Mendez argentinalı hücumçunun altı kilo arıqladığını və bu vəziyyətin sarı-qırmızılı azarkeşləri və rəhbərliyi narahat etdiyini bildirib.

Wanda Nara sosial media hesabından ayrılıq ilə bağlı açıqlama versə də, Mauro İcardi hələlik mövzu ilə bağlı açıqlama verməyib. Mauro İcardi “Galatasaray”ın Avstriya düşərgəsində keçirdiyi ilk üç yoldaşlıq oyununda iştirak etməyib. Argentinalı hücumçunun iyulun 24-də “Lecce” ilə yoldaşlıq görüşündə meydana çıxacağı gözlənilir.

“Galatasaray”ın baş məşqçisi Okan Buruk, son Trencin matçından sonra “İcardi çox istəklidir. Növbəti matçda bundan istifadə edəcəyik. Bütün futbolçuları fiziki cəhətdən hazırlamalıyıq. Hazırlıq düşərgəsindəyik. Nə qədər vaxt görəcəyik. İcardiyə gələcək matçda verəcəyik, onun fiziki vəziyyətinə baxıb qərar verəcəyik “-dedi.