Cihan Çanak, “Trabzonspor” yolunda

Bakı, 21 iyun, Sporaz.tv

Trabzonspor“, heyətinə qatmaq istədiyi Cihan Çanak üçün “Standart Liege” klubu ilə anlaşıb.

Sporaz.tv xəbər verir ki, yeni mövsümə güclü heyətlə girməyə hazırlaşan Trabzonspor, heyətinə yeni ad qatmaq üzrədir.

Tünd qırmızı -göylülər “Standart Liege”də çıxış edən Belçika təmsilçisi Cihan Çanakla anlaşıb. “Trabzonspor”un 19 yaşlı futbolçu üçün 2 milyon avro transfer ödəyəcəyi öyrənilib.

Türkiyə əsilli belçikalı sol cinah yarımmüdafiəçisi, ötən mövsüm “Standard Liege”də 31 matçda meydana çıxıb. Cihan, sözügedən matçların 13-də başlayıb, 2 məhsuldar ötürmə edib.