Cihan Çanak, Trabzon’da

Bakı, 28 iyun, Sporaz.tv

Trabzonspor” klubunun transfer danışıqlarını davam etdirdiyi 19 yaşlı futbolçu Cihan Çanak Trabzona gəlib.

Sporaz.tv xəbər verir ki, İstanbuldan təyyarə ilə Trabzon Hava Limanına gələn futbolçunu bir qrup tünd qırmızı-mavili azarkeşlər alqışlarla qarşılayıb.

Cihan Çanak mətbuat mənsublarına açıqlamasında “Trabzonspor”a keçdiyi üçün xoşbəxt və həyəcanlı olduğunu bildirib.

Gənc futbolçu, tünd qırmızı-mavili klubun rəsmiləri onunla əlaqə saxladıqda, anında təklifi qəbul etdiyini bildirən gənc futbolçu, “Mən Trabzonluyam, 61 nömrəli forma geyinmək istərdim, hələ bilmirəm”-dedi.

Mətbuat mənsublarından biri ilk dəfə Super Liqada oynayacağını bildirəndə Cihan Çanak, ” Ümit Milli Komandasında oynayıram, orada bir neçə futbolçudan soruşdum, bir az məlumatım var. Trabzonsporu izləyirəm. Mən Trabzonspor ilə çempion olmaq istəyirəm, bu mənim məqsədimdir”-gənc futbolçu qeyd edib.

Cihan Çanak əlavə edib ki, Trabzonspordakı kumiri İngiltərə çempionatında çıxış edən Abdülkadir Ömürdür.

Futbolçu, azarkeşlərlə xatirə şəkli çəkdirdikdən sonra klub maşını ilə hava limanını tərk edib.