Cihan Çanak, qərarını verdi!

Bakı, 17 iyun, Sporaz.tv

Belçikanın “Standard Liege” klubunda çıxış edən Cihan Çanakla, “Trabzonspor”dan başqa, Galatasaray (Qalatasaray) , Fenerbahçe (Fənərbaxça) və “Beşiktaş” maraqlanırdı. Futbolçu aldığı transfer təkliflərini dəyərləndirib və son qərarını verib.

Sporaz.tv xəbər verir ki, 19 yaşlı futbolçu, seçimləri arasında “Trabzonspor”u seçib. Bildirilib ki, tünd qırmızı-mavililər rəhbərliyi gənc futbolçunun qarşılığında Belçika komandasına 2,5 milyon avroluq bonservis və sonrakı satışdan pay təklif edib.