Bakı, 17 iyun, Sporaz.tv
AVRO 2020-də infarkt keçirən Eriksen yaşadığı travmanın izlərini silib. Danimarkalı futbolçu komandasına möhtəşəm qola imza atıb və hekayəsi ilə trend mövzusuna çevrilib.
Sporaz.tv məlumat verir ki, 2024-cü il futbol üzrə Avropa çempionatı daha bir tarixi məqama şahidlik etdi.
Sloveniya – Danimarka matçında Christian Eriksen ilk 11-də start götürüb.
Danimarkalı ulduz 17-ci dəqiqədə komandasını önə çıxaran qolu vurub. 2020-ci il Avropa çempionatında bu kadrlarla yaddaşlara həkk olunmuş danimarkalı futbolçu bu qolla aldığı travmanın izlərini sözün əsl mənasında silib. Sloveniyaya qol vurduqdan sonra çox sevinən Christian Eriksenin sevincini vətəndaşları ilə bölüşərkən duyğulu anlar yaşanıb.
Avropa səhnəsinə möhtəşəm qayıdış edən Eriksen, Covid-19 pandemiyası səbəbiylə bir il təxirə salınan AVRO 2020-də Danimarkanın Finlandiya ilə qrup matçında üç il əvvəl yıxıldı. Tribunalar həmin anı dəhşət içində seyr etdi və futbol dünyası dərindən sarsıldı. Ulduz futbolçunun infarkt keçirdiyi müəyyən edilib və müalicəsindən sonra futbola davam etməməsi tövsiyə olunub. Amma onun futbola olan həvəsi hər şeydən üstündü.
İyun axşamı Kopenhagendə az qala ölən Eriksen “özünü aid olduğunu hiss etdiyi” yerə qayıtdı. O, ilk olaraq keçmiş klubu Odense BK-da məşqlərə başlayıb. Daha sonra 2022-ci ilin yanvarında pulsuz olaraq “Brentford“a, daha sonra isə hazırda oynadığı “Manchester United”ə keçdi. O, 2022-ci ilin martında Hollandiya ilə matçda milliyə qayıtdıqdan iki dəqiqə sonra qol vurub.
Bu mənalı qolla gündəmə gələn 32 yaşlı futbolçunun futbol səyahəti bir çox idmançıları ruhlandıracaq. Eriksenin “həyata qayıtma qolu” Sloveniya ilə görüşdə qalib gəlmək üçün kifayət etməsə də, hekayəsi ilə artıq tarixdə öz yerini tutub.