Cher Ndour Beşiktaş üçün İstanbula gəlir

Bakı, 12 avqust, Sporaz.tv

Beşiktaş, “Paris Saint Germain”in italyan yarımmüdafiəçisi Cher Ndourun bu axşam saat 21:55-də İstanbula gələcəyini açıqlayıb.

Sporaz.tv məlumat verir ki, Beşiktaş, prinsipcə razılaşdıqları PSG-nin 20 yaşlı futbolçusu Cher Ndourun bu axşam İstanbula gələcəyini açıqlayıb.

Məsələ ilə bağlı ağ-qara klubunun açıqlaması belədir:

“Hörmətli mətbuat işçisi, peşəkar futbolçu Cher Ndour, klubumuzla transfer danışıqları aparmaq üçün İstanbula gəlir.

Ndouru daşıyan təyyarə, bu gün axşam saat 21:55-də Sabiha Gökçen Hava Limanı Baş Aviasiya Terminalında olacaq.

Qeyd edək ki, 2004-cü ildə İtaliyanın Brescia şəhərində anadan olan Cher Ndour futbola Atalanta infrastrukturunda başlayıb. 2020-ci ildə “Benfica“ya transfer olunan Ndour, 2023-cü ildə Portuqaliya təmsilçisinin 23 yaşadək futbolçulardan ibarət və B komandalarında oynadıqdan sonra PSG ilə anlaşıb.

Ötən mövsümün ikinci yarısında “Braga“ya icarəyə verilən gənc futbolçu, 11 matçda meydana çıxıb və 1 qol vurub.

“Beşiktaş”da icarə əsasında çıxış edəcəyi gözlənilən italiyalı yarımmüdafiəçinin, PSG ilə 2028-ci ilə qədər müqaviləsi var.