“Chelsea”yə 60 milyon avroluq sağ cinah oyunçusu

Bakı, 11 avqust, Sporaz.tv

Premyer Liqa nəhənglərindən olan “Chelsea” 60 milyon avroya “Wolverhampton“dan Pedro Netonu heyətinə qatıb.

Sporaz.tv xəbər verir ki, Premyer Liqanın böyük altılığından biri olan “Chelsea” bu mövsüm ən bahalı transferini həyata keçirib. “Mavilər” “Wolverhampton”un portuqaliyalı sağ cinah oyunçusu Pedro Netonu heyətinə qatıb.

Britaniya nəhəngi 24 yaşlı futbolçu üçün 60 milyon avroluq transfer ödəyəcək. Neto “Chelsea” ilə 7 illik müqavilə imzalayıb.

Klubun saytına açıqlama verən ulduz futbolçu “Bu kluba qatıldığım üçün çox xoşbəxtəm. Bura gəlmək üçün karyeramda çox çalışmışam. Bu forma ilə meydana çıxmaq üçün səbirsizlənirəm” deyib. dedi.

2019-cu ildən “Wolverhampton”da çıxış edən Pedro Neto 134 matçda 14 qol və 24 məhsuldar ötürmə ilə çıxış edib. Neto karyerasında əvvəllər “Braga” və “Lazio”da da oynayıb.

Bahar Rüstəm