“Chelsea”nin heyəti 48 nəfərə çatdı

Bakı, 13 avqust, Sporaz.tv

Son illərdə Avropanın ən aktiv transfer komandalarından biri olan Chelsea (Çelsi), yeni mövsüm öncəsi heyətini 9 futbolçu ilə gücləndirib. Bu transferlərlə Premyer Liqa komandasının heyəti 48 nəfərə çatıb.

Sporaz.tv xəbər verir ki, İngiltərə Premyer Liqasında yeni mövsümə bu həftəsonu start verilir. Maurisio Poçettino ilə yollarını ayıran Chelsea, ” Leicester City”dən Enzo Mareskanı baş məşqçi təyin etdi və son illərdə transfer fəaliyyətini davam etdirir.

2024/25 mövsümünə qədər 288 milyon avro xərcləyən London komandası, transfer pəncərəsi bağlanana qədər daha bir neçə gücləndirmə planlaşdırır.

Chelsea (Çelsi), transfer dövründə indiyədək 9 transferini açıqlayıb.

Premyer Liqa komandası, Pedro Neto, Kiernan Dewsbury-Hall, Filip Jorgensen, Omari Kellyman, Aaron Anselmino, Renato Veiga, Caleb Wiley, Marc Guiu və Tosin Adarabioyoyu heyətinə qatıb.

Chelsea (Çelsi)-nin heyəti, bu mövsüm transfer olunan adlarla 48 nəfərə çatıb.

48 nəfərlik heyətdə icarə əsasında 3 futbolçu da var.

9 transferini açıqlayan Chelsea (Çelsi), 6 futbolçu ilə yollarını ayıraraq 101 milyon avro gəlir əldə edib.

Chelsea (Çelsi), Premyer Liqada yeni mövsümü avqustun 18-də keçiriləcək matçla açacaq.

London komandası, Premyer Liqada yeni mövsümün ilk oyununda “Stamford Bridge”də Manchester City (Mançester Siti)-ni qəbul edəcək.