“Chelsea”nın futbolçusu, “Juventus” transfer oluna bilər

Bakı, 10 avqust, Sporaz.tv

İngiltərənin Chelsea (Çelsi) klubunun vingeri Raheem Sterling, İtaliya A Seriyası təmsilçisi Juventus (Yuventus)-a transfer oluna bilər.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, hazırda Turin klubu ilə futbolçu arasında müqavilənin detalları haqda müzakirələr aparılır.

Baş məşqçi Enzo Mareskanın planlarına daxil olmayan İngiltərə millisinin üzvü komandanı tərk etmək niyyətinə düşüb.

Qeyd edək ki, 29 yaşlı hücumçu ötən mövsüm meydana çıxdığı 43 matçda, 10 qola, 8 məhsuldar ötürməyə imza atıb. Futbolçunun Chelsea (Çelsi) klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.