“Chelsea”dən daha bir transfer

Bakı, 31 iyul, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan Chelsea (Çelsi), “Villarreal“ın qapıçısı Filip Jorgenseni heyətinə qatdığını açıqlayıb. Jorgensenlə 7 illik müqavilə imzalanıb.

Sporaz.tv xəbər verir ki, Chelsea (Çelsi), yeni mövsüm öncəsi daha bir transferini açıqlayıb.

Klubdan verilən açıqlamada, Filip Jorgensenlə 7 illik müqavilə imzalandığı bildirilib. Chelsea (Çelsi), bu transfer üçün 20,7 milyon funt sterlinq ödəyəcək.

22 yaşlı danimarkalı qolkiper, transferlə bağlı açıqlamasında, “Bu mənim üçün bir xəyaldır. Dünyanın ən böyük klublarından birinə imza atdığım üçün çox xoşbəxtəm. Komanda yoldaşlarımla görüşmək və meydançaya çıxmaq üçün səbirsizlənirəm .” -dedi.

İspaniyanın Penya Arrabal, Mallorca və Villarrealın infrastrukturunda çıxış edən Jorgensen, 2022/23 mövsümünün fasiləsində A komandasına yüksəlib.

La Liqada 38 oyun keçirən gənc qolkiper, 66 qol buraxıb, 6 matçda isə qol buraxmayıb.