“Chelsea”dən açıqlama: “Onun müqaviləsi 2033-cü ilə qədər uzadılıb”

Bakı, 13 sentyabr, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan “Chelsea“(Çelsi) Nicolas Jacksonun müqaviləsini 2 illik uzadıb. Jacksonun yenilənən müqaviləsi 2033-cü ildə başa çatacaq.

Sporaz.tv məlumat verir ki, Cole Palmerdən sonra “Chelsea”, Nicolas Jacksonun müqaviləsini 2033-cü ilə qədər uzadıb.

Klubdan verilən açıqlamada 23 yaşlı hücumçunun müqaviləsinin daha 2 il uzadıldığı bildirilib. Cole Palmerin müqaviləsi daha əvvəl 2033-cü ilə qədər uzadılmışdı.

2023-cü ildə London komandası ilə müqavilə imzalayan Jackson: “Özümü çox yaxşı hiss edirəm və yeni müqavilə imzalayıb klubda qaldığım üçün xoşbəxtəm. Klubun mənə güvənməsi çox gözəl hissdir. Çox çalışıram. Mən şadam ki, müqaviləmi uzadacam və uzun illər burada qalacağam”. – dedi.

2023/24 mövsümünün əvvəlində İspaniyanın La Liqa təmsilçisi Vilyarrealdan “Chelsea”-yə transfer olan Nicolas Jackson, ilk mövsümündə 44 oyun keçirib. Jackson, bu matçlarda 17 qol vurub və 6 məhsuldar ötürmə edib. Jackson bu mövsüm “Chelsea”-nin heyətində 4 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə çıxış edib.

Leave a Reply