“Chelsea” oyunçusu klub əfsanəsi “Frank Lampard”a

Bakı,16 may,Sporaz.tv

İngiltərənin “Chelsea”(Çelsi) klubunun futbolçusu Koul Palmer komandanın əfsanəsi Frank Lamparda çatıb.

Sporaz.tv xarici mediaya istinadən məlumat verir ki, bu, İngiltərə Premyer Liqasının 34-cü turunda, “Brayton”a qarşı matçda geçəkləşib.

“Chelsea”(Çelsi) səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Hesabı 34-cü dəqiqədə Palmer açıb. 22 yaşlı yarımmüdafiəçi üçün bu qol Premyer Liqada 22-ci olub. Beləliklə, o, 2009/2010 mövsümündə 22 qol vuran Lemparda çatıb.

Premyer Liqada London təmsilçisinin heyətində yalnız Jimmy Floyd Hasselbaink (2000/2001 və 2001/2002 mövsümlərində 23 qol) və Didye Droqba (2009/2010 mövsümündə 29 qol) bir mövsümdə daha çox qol vurublar.

Qeyd edək ki, “Chelsea”(Çelsi) hazırda 60 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.