“Chelsea” Liqa Kubokunu fərqlənmə ilə qazanıb

Bakı, 25 sentyabr, Sporaz.tv

İngiltərə Liqa Kubokunun 3-cü raundunda “Chelsea“(Çelsi) və “Barrow” üz-üzə gəlib. Qarşılaşma 5-0 “Chelsea”-nin xeyrinə bitib və klub raunddan adlayan tərəf olub.

Sporaz.tv məlumat verir ki, Premyer Liqa nəhəngi “Chelsea” İngiltərə Liqa Kubokunda 4-cü Liqada “Barrow”-la qarşılaşıb.

Qarşılaşma 5-0 “Chelsea”-nin xeyrinə bitib və “Chelsea” raunddan adlayan tərəf olub.

Matçda qalibiyyət qolları: 8, 15 və 75-ci dəqiqələrdə Nkunku, 28-ci dəqiqədə Fərman (kk) və 48-ci dəqiqədə Netodan gəldi.

“Chelsea”, həftə sonu liqada Ferdi Kadıoğlunun komandası “Brighton“(Brayton)-la qarşılaşacaq.

Leave a Reply