“Chelsea” klubu yeni trasfer reallaşdırmaq niyyətindədir

Bakı, 7 iyul, Sporaz.tv

İngiltərənin “Chelsea” klubu yay transfer dönəmində İtaliya təmsilçisi “Napoli“də çıxış edən Victor Osimheni heyətinə qatmaq niyyətindədir.

Sporaz.tv “Report”a  istinadən xəbər verir ki, London təmsilçisi 25 yaşlı hücumçunun transfer qiymətini azaltmaq üçün Romelu Lukaku və Cesare Casadeini təklif etməyə hazırdır.

Qeyd edək ki, nigeriyalı forvard 2020-ci ildən “Napoli”də çıxış edir. O, 2023/2024 mövsümündə 32 oyunda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.