“Chelsea” klubu yeni hücumçu trasfer edib

Bakı, 31 avqust, Sporaz.tv

İngiltərənin “Chelsea“(Çelsi) klubu Premyer Liqanın digər təmsilçisi “Manchester United“(Mançester Yunayted)-dən Jadon Sanchonu icarəyə götürüb.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, hücumçusu transfer pəncərəsinin son günündə London klubuna keçib.

24 yaşlı futbolçu müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə 2024/2025 mövsümünü məcburi satınalma şərti ilə icarə əsasında “Chelsea” klubunda keçirəcək.

Qeyd edək ki, 24 yaşlı ön xətt oyunçusu 2021-ci ildə 85 milyon avroya “Manchester United”-ə transfer olunub. O, Manchester təmsilçisinin heyətində keçirdiyi 83 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib. İngiltərə millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında Almaniyanın “Borussia Dortmund” komandasında keçirib.