“Chelsea”, Joao Felixi transfer edib

Bakı, 21 avqust, Sporaz.tv

Chelsea (Çelsi), 2022-2023 mövsümünün ikinci yarısında icarəyə götürdüyü Joao Felixi “Atletico Madrid“dən transfer edərək heyətinə qatıb. “Mavilər” portuqaliyalı futbolçu ilə 7 illik müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki, Joao Felix 2022-2023 mövsümünün ikinci yarısında icarə əsasında çıxış etdiyi Chelsea (Çelsi)-yə bu dəfə həmişəlik qayıtdı. İngiltərə nəhəngi 24 yaşlı futbolçunun transfer haqqının alındığını açıqlayıb.

Chelsea (Çelsi) ilə 7 illik müqavilə imzalayan Joao Felix, müqavilə imzalandıqdan sonra verdiyi açıqlamada, “Məni geri dönməyə vadar edən çox şey oldu: layihə, klub, liqa, azarkeşlər, burada keçirdiyim və sevdiyim vaxt. Əldə etdiyimiz nəticələrə baxmayaraq, burada olanda özümü çox yaxşı hiss etdim. Mən çox xoşbəxtəm.” -dedi.

Felix həmçinin deyib: “Sonuncu dəfə bura gəldiyimdən bu yana biraz dəyişdim. İndi 24 yaşım var. Noyabrda 25 yaşım olacaq. Hiss edirəm ki, bir oyunçu kimi böyüyəcəyəm. Premyeraya daha çox hazıram. Mənə elə gəlir ki, ən yaxşı illərim hələ qarşıdadır. Evimdən zövq ala bilirəm”.