“Chelsea” evdə 2 xal itirdi

Bakı, 6 oktyabr, Sporaz.tv

İngiltərə Premyer Liqasının 7-ci həftəsində “Chelsea“, “Nottingham Forest“i qəbul edib. 8 dəqiqədə vurulan 2 qol matçın taleyini müəyyən edib.

Sporaz.tv xəbər verir ki, İngiltərə Premyer Liqasının 7-ci turunda “Chelsea” “Nottingham Forest”i qəbul edib. Qarşılıqlı hücumlarla keçən görüşün ilk hissəsi 0:0 hesablı bərabərliklə yekunlaşıb.

Matçın ikinci hissəsi sürətli başlasa da, qonaq komanda 49-cu dəqiqədə Chris Woodun qolu ilə 1:0 önə keçib. “Chelsea” bu qola 8 dəqiqə sonra Madueke ilə cavab verdi: 1-1.

“Nottingham Forest”də Ward-Prowse ikinci sarı vərəqəsini alıb və 78-ci dəqiqədə meydandan qovulub.

Qalan dəqiqələrdə başqa qol olmadığından görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə “Chelsea” xallarını 14-ə, “Nottingham Forest” isə 10-a yüksəldi.

“Chelsea” gələn həftə liqada “Liverpool”la səfərdə oynayacaq. “Nottingham Forest” öz meydanında “Crystal Palace”ı qəbul edəcək.

Bahar Rüstəm