“Chelsea” cinah müdafiəsini MLS-də tapıb

Bakı, 9 iyul, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan “ChelseaMLS komandalarından “Atlanta United“də çıxış edən Caleb Wiley ilə anlaşıb.

Sporaz.tv xəbər verir ki,  “Chelsea” Premyer Liqada yeni mövsümdən əvvəl daha bir transferini tamamlamağa yaxındır.

“Chelsea”nin MLS komandası “Atlanta United”də çıxış edən Caleb Wiley ilə bağlı prinsipial razılığın əldə edildiyi bildirilir.

London komandasının bu transfer üçün 8,5 milyon funt sterlinq ödəyəcəyi və 7 illik müqavilə imzalanacağı iddia edilir.

“Chelsea” indiyədək Kiernan Dewsbury-Hall, Omari Kellyman, Marc Guiu və Tosin Adarabioyo ilə müqavilə imzalayıb.

Bahar Rüstəm