“Chelsea” “Barcelona”nın ulduz namizədini heyətinə qatıb

Bakı, 1 iyun, Sporaz.tv

Premyer Liqa nəhənglərindən olan “Chelsea” “Barcelona”nın 18 yaşlı ulduz namizədi “Marc Guiu”nu heyətinə qatıb.

Sporaz.tv məlumat verir ki, Chelsea bu mövsüm gənc oyunçu transfer siyasətini davam etdirir. Britaniya nəhəngi Barcelona infrastrukturundan məşq edən “Marc Guiu”nu heyətinə qatdığını açıqlayıb.

“Mavilər” bu transfer üçün 5 milyon funt sterlinq ödəyib. İspan futbolçu “Chelsea” ilə 5+1 illik müqavilə imzalayıb.

18 yaşlı hücumçu “Bura gəldiyim üçün hədsiz xoşbəxtəm. Həyəcandan yata bilmədim. Çox həyəcanlıyam. Kiçik yaşlarımdan Premyer Liqada oynamaq arzusunda idim. Təşəkkür edirəm. Chelsea, mənim bu şansım var, klubun uğuru üçün əlimdən gələni edəcəyəm.”- deyə öz sevincini paylaşıb.

“Barcelona”nın əsas heyətində 7 oyun keçirən Guiu 2 qol vurub.