Çexiya millisi 14 ildə ilk dəfə çempion olub

Bakı, 27 may, Sporaz.tv

Xokkey üzrə dünya çempionatının final oyununda Çexiya yığması İsveçrə yığmasını 2:0 hesabı ilə məğlub edib. 

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, Praqada baş tutan görüşdə qolları David Pastrnak (50-ci dəqiqə) və David Kampf (60-cı dəqiqə) vurub.

Bununla Çexiya millisi 2010-cu ildən bəri ilk dəfə dünya çempionu olub.