Cenk Tosun: Vurduğum qolun mənası yoxdur

Bakı , 28 aprel , sporaz.tv

Beşiktaş” Super Liqada “Fenerbahçe“(Fənərbaxça)ya 2:1 hesabı ilə uduzub. Ağ-qaraların qolunu vuran Cenk Tosun və Joe Worrall derbi ilə bağlı fikirlərini bildiriblər.

Sporaz.tv xəbər verir ki , Trendyol Super Liqasının 34-cü həftəsində “Beşiktaş” səfərdə “Fenerbahçe”(Fənərbaxça)ya 2:1 hesabı ilə uduzub. “Ağ-qaralar”ın qolunu 82-ci dəqiqədə Cenk Tosun əldən verib. “Beşiktaş” bu mövsüm 13-cü məğlubiyyətini alsa da, xalını 51-də saxlayıb.

Cenk Tosun və Joe Worrall məğlubiyyəti beIN SPORTS-a dəyərləndiriblər.

Məğlubiyyətə görə peşman olduqlarını bildirən Cenk Tosun, “Yaxşı qol vurdum, amma qolun mənası yoxdur, çünki qalib gələ bilmirsən! Çox sevinmirəm. Qırmızı vərəqəni çox erkən gördük, planlarımızı pozdu. İntizamı itirmədik, bəlkə də 2-2 edə bilərdik. Uduzduq, xoşbəxt deyilik. Bu matçı unudacağıq. Hər şeyi kuboka vermək istəyirik. Xoşbəxtəm, qol vurdum, amma komanda qalib gəlmədikdə bu qol mənasızdır”. dedi.

Matçda 90 dəqiqə meydanda olan Joe Worrall, “Qırmızı vərəqə bizə mənfi təsir etdi, bizi bitirdi. 10 futbolçu ilə rəqibə qarşı çətindir. İkinci hissədə xarakter göstərdik. Əlimizdən gələni etdik.”

Bahar Rüstəm