Cenk Tosun, addım-addım “Fenerbahçe”yə

Bakı, 12 iyul, Sporaz.tv

FenerbahçeCenk Tosunu heyətinə qatmağa hazırlaşır. “Sarı-göylülər” azad agent olan milli futbolçu ilə böyük razılığa gəlib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” Cenk Tosunu heyətinə qatmağa yaxındır.

Cenk Tosunun “Beşiktaş“la müqaviləsi mövsümün sonunda başa çatır. “Qara-ağlar”la yeni sözləşmədə razılığa gələ bilməyən 33 yaşlı mərkəz forvardı “Fenerbahçe” ilə son detalları müzakirə edir.

Müqavilənin 1+1 il müddətinə olacağı gözlənilir. 2017-2018 mövsümündə 22 milyon 500 min avroya “Everton“a gedən Cenk Tosun İngiltərənin “Crystal Palace” klubunda da çıxış edib.

Cenk Tosun karyerası ərzində 487 matçda 195 qol vurub, 60 məhsuldar ötürmə edib.

Bahar Rüstəm