“Cengiz Ünder”in yerinə transfer həmləsi

Bakı, 29 iyul, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça)nin diqqətindən kənarda qalan Cengiz Ünderin komandadan ayrılacağı təqdirdə sarı-göylü komandanın izləyəcəyi yol xəritəsi açıqlanıb. Cengiz Ünderdən 10 milyon avro gözləyən “Fenerbahçe”, türkiyəli futbolçunun satılacağı təqdirdə braziliyalı futbolçuya üz tutacaq.

 Sporaz.tv məlumat verir ki, ötən mövsümün əvvəlində “Fenerbahçe”nin 15 milyon avroya transfer etdiyi Cengiz Ünder, ilk mövsümündə gözləntiləri doğrulda bilməyib.

İsmail Kartalın yerinə təyin olunan Jose Mourinhonun, Cengiz Ünderi heyətdə saymadığı iddia edilərkən, sarı-göylülərin transfer planı üzə çıxıb.

“Fenerbahçe” Cengiz Ünderi satdıqdan sonra Wesleyni transfer etmək istəyir.

Cengiz Ünderdən 10 milyon avro gözləyən “Fenerbahçe”, türkiyəli futbolçu ilə vidalaşacağı təqdirdə Uesli üçün təklifini artıracaq.

Corinthians“(Korintians)da çıxış edən 19 yaşlı Wesleyin adı “Fenerbahçe” ilə yanaşı, İngiltərə komandalarında da hallanır.