Cengiz Ünder “Galatasaray” derbisində yoxdur

Bakı,19 may, Sporaz.tv

Cengiz Ünder zədə səbəbindən “Fenerbahçe“nın sabah “Galatasaray“la qarşılaşacağı derbidə oynaya bilməyəcək.

Sporaz.tv  xəbər verir ki, Trendyol Super Liqasının 37-ci həftəsində “Fenerbahçe” lider “Galatasaray”ın qonağı olacaq.

“Sarı-göylülər”in derbisi öncəsi Cengiz Ünder zədələnib.

“Galatasaray”la qarşılaşması gözlənilən təcrübəli futbolçu sabah meydana çıxa bilməyəcək.

Cengiz Ünder bu mövsüm 33 matçda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bahar Rüstəm