Cengiz Ünder ,”Fenerbahçe” tarixinin ən bahalı transferi

Bakı, 24 iyul, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)nın milli futbolçusu Cengiz Ünder üçün diqqətçəkən transfer iddiası ortaya atılıb. İtaliya mətbuatı, “Fenerbahçe”nin Cengiz Ünder üçün istədiyi transfer haqqını açıqlayıb.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”nin ötən mövsüm “Marsilya“(Marsel)-dan 15 milyon avroya transfer etdiyi Cengiz Ünder gözləniləndən aşağı olub.

“Fenerbahçe” tarixinin ən bahalı transferi kimi qeydə alınan Cengiz Ünder, “Lugano”(Luqano) matçından əvvəl UEFA siyahısında yer almayıb.

Bu gedişdən sonra təcrübəli futbolçu üçün ayrılıq iddiaları irəli sürülsə də, Cengiz Ünderin İtaliyaya qayıda biləcəyi iddia edilib.

27 yaşlı futbolçu ilə bağlı son iddia İtaliya mətbuatından gəlib.

Sarı-göylər Cengiz Ünderi, Napoli, Fiorentina və “Bologna“(Bolonya)ya təklif edib.

Xəbərdə “Fenerbahçe”nin türkiyəli futbolçu üçün istədiyi transfer haqqına da toxunulub.

Buna görə sarı-göylü komanda Cengiz Ünderin satışını təşviq etmək üçün endirim etdi və təxminən 10 milyon avroluq transfer əvəzi tələb edir.

Ötən mövsüm Super Liqada 24 matça çıxan təcrübəli ad 9 qol və 3 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

Cengiz Ünderin “Fenerbahçe” ilə daha 3 illik müqaviləsi var.