Çempionlar Liqasının seçmə mərhələsinə 8 komanda yüksəlib

Bakı, 17 iyul, Sporaz.tv

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində 8 qarşılaşma keçirilib. “UE Santa Coloma“, “Panevezys“, “Lincoln Red“, “Dinamo Minsk“, “Celje“, “Steaua Bucharest“, “Shamrock Rovers” və “The New Saints” cavab görüşlərindən sonra tura yüksəldi.

Sporaz.tv xəbər verir ki, Avropa futbolunun klub səviyyəsində ən mühüm turnirinin 1-ci təsnifat mərhələsinin cavab qarşılaşmasında dünən 8 qarşılaşma keçirilib.

“UE Santa Coloma”, “Panevezys”, “Lincoln Red”, “Dinamo Minsk”, “Celje”, “Steaua Bucharest”, “Shamrock Rovers” və “The New Saints” 2-ci təsnifat mərhələsinə yüksələn komandalar olub.

Bu gün keçiriləcək 6 oyunla UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Qarşılaşmalarda baş tutan iki oyunun nəticələri aşağıdakı kimidir:

Ballkani-UE Santa Coloma: 1-2, 2-1 (5-6 penaltılarla)
HJK Helsinki-Panevezys: 1-1, 0-3
Lincoln Red-Hamrun Spartans: 0-1, 1-0 (5-4 penaltılarla)
Pyunik-Dinamo Minsk: 0-1, 0-0
Celje-Flora Tallinn: 2-1, 5-0
Steaua Bükreş-Virtus: 4-0, 7-1
Shamrock Rovers-Vikingur: 2-1, 0-0
Decic Tuzi-The New Saints: 1-1, 0-3

Bahar Rüstəm