Bakı, 20 avqust, Sporaz.tv
Bu gün UEFA Çempionlar Liqasında mübarizə aparacaq 7 komandanın müəyyənləşəcəyi pley-off mərhələsinə start veriləcək.
Sporaz.tv xəbər verir ki, UEFA Çempionlar Liqasında bu gün keçiriləcək üç oyunla pley-off mərhələsinə start veriləcək.
Saat 22:00-da başlayacaq pley-off mərhələsinin oyunlarının təqvimi aşağıdakı kimidir:
Çərşənbə axşamı, 20 avqust:
Dinamo Zagreb– Qarabağ
Bodo/Glimt – Kızılyıldız
Lille – Slavia Prag
Çərşənbə, 21 avqust:
Midtjylland – Slovan Bratislava
Malmö – Sparta Prag
Dinamo Kiev – Salzburg
Young Boys – Galatasaray
Qeyd edək ki, qarşılaşmaların cavab oyunu 27-28 avqustda keçiriləcək.