Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə yekun vurulub

Bakı, 18 iyul, Sporaz.tv

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində cavab oyunlarına yekun vurulub. Nəhənglər Liqasında dünən keçirilən matçlardan sonra daha 6 komanda növbəti mərhələyə yüksəlib.

Sporaz.tv məlumat verir ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində 6 qarşılaşma keçirilib.

Klub səviyyəsində Avropa futbolunun ən mühüm turnirində oynanan qarşılaşmalardan sonra Slovan Bratislava, Kİ Klaksvik, Petrocub, Ludogorets, Rigas Skola və Borac 2-ci tura yüksəlməyi bacarıb.

Təşkilatda  UE Santa Coloma, Panevezys, Lincoln Red, Celje, Dinamo Minsk, Steaua Bükreş, Shamrock Rovers ve The New Saints də 2-ci təsnifat mərhələsinə yüksəlib.

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçirilən 6 oyunun nəticələri belədir:

Struga-Slovan Bratislava: 1-2, 2,4
Differdange-Kİ Klaksvik: 0-0, 0-2
Petrocub-Ordabasy: 1-0, 0-0
Dinamo Batumi-Ludogorets: 1-0, 1-3
Larne-Rigas Skola: 0-4, 0-3
Egnatia-Borac: 2-1, 0-1 (1-4 penaltilərlə)