Bakı, 23 oktyabr, Sporaz.tv
Çempionlar Liqasında “Aston Villa“, doğma meydanda “Bologna“-nı 2:0 hesabı ilə məğlub edərək, xalını 3-ə çatdırıb. Hələ ki, qapısından bir qol görməyən İngiltərə yığması zirvədədir.
Sporaz.tv məlumat verir ki, Çempionlar Liqasının 3-cü həftəsində “Aston Villa”, “Bologna”-nı qəbul edib. Böyük Britaniya yığması görüşdən 2:0 hesablı üstünlüklə ayrılıb.
“Aston Villa”-ya qələbə qazandıran qolları 55-ci dəqiqədə John Mcginn və 64-cü dəqiqədə Jhon Duran vurub. Bu qələbə ilə İngiltərə komandası Nəhənglər Liqasında yürüşünü davam etdirib.
3-cü pillədə qərarlaşan İngiltərə komandası, Çempionlar Liqasında hələ ki, qol buraxmayıb. Xal cədvəlinin zirvəsində olan “Aston Villa” gələn həftə səfərdə “Brügge” ilə qarşılaşacaq.
“Aston Villa” ötən həftələrdə “Young Boys“(Yanq Boyz)-u 3:0, “Bayern Münih”-i isə 1:0 hesabı ilə məğlub edib.