Bakı, 3 oktyabr, Sporaz.tv
Çempionlar Liqasının ikinci həftəsində “Real Madrid” səfərdə “Lille“ə 1:0 hesabı ilə məğlub olub. Bənövşəyi-ağların milli futbolçusu Arda Güler 67-ci dəqiqədə oyuna qoşulub.
Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasının ikinci həftəsində “Lille” və “Real Madrid” komandaları “Decathlon Arena”da üz-üzə gəlib. Fransa yığması görüşdə tək qolla qalib gəlib.
Qarşılaşmada “Lille”ə qələbə qazandıran qol 45+2 olub. Dəqiqədə Jonathan David penaltini qola çevirib. Real Madridin ilk 11-də matça başlamayan Arda Gülər 67-ci dəqiqədə Camavinqanın yerinə oyuna daxil olub.
Çempionlar Liqasında 14 matçda ilk dəfə məğlub olan Real Madrid matçı 1:0 hesabı ilə uduzdu.
Bu nəticə ilə “Real Madrid” Çempionlar Liqasında ilk məğlubiyyətini alıb. Fransanın “Lille” komandası ilk qələbəsini qazanaraq xallarını 3-ə çatdırıb.
Bahar Rüstəm