Çempionlar Liqasında pley-off həyəcanı

Bakı, 19 avqust, Sporaz.tv

Sabah keçiriləcək 3 oyunla UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək. Nəhənglər Liqasında iştirak edəcək son 7 komanda, pley-off mərhələsinə görə müəyyənləşəcək. Təmsilçimiz “Qarabağ“, çərşənbə günü səfərdə Xorvatiya təmsilçisi “Dinamo Zagreb“lə qarşılaşacaq.

Sporaz.tv məlumat verir ki, 36 komandanın yer aldığı “Nəhənglər Liqası”nın yeni liqa formatında mübarizə aparacaq son 7 komanda pley-off mərhələsi ilə müəyyənləşəcək. Azərbaycandan “Qarabağın”ın da iştirak edəcəyi pley-off mərhələsində sabah 3, avqustun 21-i çərşənbə günü isə 4 qarşılaşma keçiriləcək.

Komandalar, avqustun 27-28-də keçiriləcək revanş oyununa qədər üstünlük axtaracaqlar.

Çempionlar Liqası həyəcanı CBC Sport-da yaşanacaq və təbii ki…

GMT ilə saat 23:00-da başlayacaq pley-off mərhələsinin oyunları və onların keçiriləcəyi stadionlar aşağıdakılardır:

Çərşənbə axşamı, 20 avqust:

“GNK Dinamo” (Xorvatiya) – “Qarabağ” (Azərbaycan) (Maksimir)

“Bodo/Glimt” (Norveç)- “Qızılulduz” (Serbiya) (Aspmira)

Lille” (Fransa) – “Slavia Prag” (Çexiya) (Hainau)

Çərşənbə, 21 avqust:

“Midtjylland” (Danimarka) – “Slovan Bratislava” (Slovakiya) (Herninq)

Malmö” (İsveç) – “Sparta Prag” (Çexiya) (Malmö Yeni Stadionu)

“Dinamo Kiye” (Ukrayna) – “Salzburg” (Avstriya) (Lublin)

“Young Boys” (İsveçrə) – “Galatasaray” (Vankdorf)