Çempionlar Liqasında meydan sahibləri üstünlük əldə ediblər

Bakı, 21 avqust, Sporaz.tv

Çempionlar Liqasının pley-off mərhələsində 3 qarşılaşma keçirilib. “Bodo/Glimt”, “Lill” və “Dinamo Zagreb” öz meydanında rəqiblərini məğlub edib.

Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasında pley-off mərhələsinin həyəcanı başlayıb. Nəhənglər Liqası öncəsi son mərhələdə 3 qarşılaşma keçirilib.

Bodo/Glimt öz meydanında “Qırmızı Ulduz”u 2-1 hesabı ilə, “Dinamo Zagreb” “Qarabağ”ı 3:0 hesabı ilə, “Lill” isə Slavia Praga (Slaviya Praqa)-nı 2:0 hesabı ilə məğlub edib.

Qarşılaşmaların cavab görüşləri avqustun 28-də oynanılacaq.