Çempionlar Liqasında böyük bədbəxtlik

Bakı, 19 sentyabr, Sporaz.tv

Çempionlar Liqasının ilk həftəsinin həyəcanı davam edərkən, gecəyə damğasını vuran an “PSG“-“Girona” matçının son dəqiqəsində yaşanıb. “Girona”-nın qapıçısı Paulo Gazzaniga 90-cı dəqiqədə topu öz qapısına qoyub. Həmin anlar beynəlxalq mətbuatın gündəminə çevrildi.

Sporaz.tv məlumat verir ki, Çempionlar Liqasının ilk həftə matçında “PSG”, “Girona”-nı qəbul edib. Fransa yığması matç boyu üstün tərəf olsa da, 90-cı dəqiqədə atılan qələbə qolu maraqlı şəkildə reallaşıb.

90-cı dəqiqədə sol cinahda topu qəbul edən “PSG”-nin sol cinah müdafiəçisi Nuno Mendes rəqibini mübarizədən kənarlaşdıraraq, sol diaqonaldan cərimə meydançasına daxil olub.

22 yaşlı futbolçu cərimə meydançasına daxil olaraq topu son xəttə yaxın nöqtədən içəri çevirib. Qapıçı Paulo Gazzaniga topu qaçırıb və top təcrübəli qapıçının ayaqları arasından tora düşüb. Paulo Qazzaniga qoldan sonra böyük kədər içində olarkən, argentinalı qapıçıya təsəlli verməyə çalışan komanda yoldaşlarının görüntüləri yayıma əks olundu.

Bu arada Gazzaniganın avtoqolu Çempionlar Liqasında gecənin ən çox danışılan məqamlarından birinə çevrilib. Sosial mediada yayılan qol beynəlxalq mətbuatda da trend mövzusuna çevrilib.

Qarşılaşma “PSG”-nin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Leave a Reply