Çempionlar Liqası : “Juventus” 3-1 “PSV”

Bakı, 18 sentyabr, Sporaz.tv

Çempionlar Liqasında “Juventus“(Yuventus), doğma meydanda PSV-ni 3:1 hesabı ilə məğlub edərək liqa mərhələsinə qələbə ilə başlayıb. “Yuventus”-un ilk qolunu Kenan Yıldız vurarkən, Weston McKennie və Nicolas Gonzalez fərqlənən digər isimlərdən olub. “PSV”-nin yeganə qolunun müəllifi İsmael Saibari olub.

Sporaz.tv məlumat verir ki, UEFA Çempionlar Liqasında 2024/25 mövsümünə bu gün keçirilən iki oyunla start verilib. Yeni formatı ilə ilk dəfə keçirilən qurumda “Juventus”, doğma meydanda “PSV” maneəsini fərqlənərək aşdı.

Matçın 21-ci dəqiqəsində türkiyəli futbolçu Kenan Yıldızın qolu ilə “Juventus” önə keçib, 27-ci dəqiqədə isə Weston McKeine komandasının ikinci qolunu vurub.

Matçın ilk hissəsi meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Yay transfer dönəmində “Juventus”-un heyətinə qatılan futbolçulardan Nicolas Gonzalez, 52-ci dəqiqədə hesabı 3:0-a çatdırıb. İsmael Saibari “PSV” üçün hesabı 90+3-ə çatdırıb.

Meydandan 3:0 hesablı qələbə ilə ayrılan “Juventus” Çempionlar Liqasının liqa mərhələsinə qələbə ilə başlayıb və ilk 3 xalı əldə edib. “PSV” isə ilk matçdan xal ala bilməyib. Yeni formatı ilə təşkil edilən Çempionlar Liqasında “Juventus” və PSV liqa mərhələsində daha 7 qarşılaşma keçirəcək.

“Juventus” liqa mərhələsində qalan matçlarında “Leipsig”, “Stuttgart”, “Lille”, “Aston Villa“, “Manchester City”(Mançester Siti), “Brügge” və “Benfica” ilə qarşılaşacaq.

“PSV” “Sportinq”, “PSG“, “Girona”, “Shaktar”, “Brest”, “Kızılyıldız” və “Liverpool”(Liverpul)-la matçlarla liqa mərhələsini tamamlayacaq.

Leave a Reply