Çempionlar Liqası: Azərbaycan klubu “Andezit” klubu ilə üz-üzə gələcək

Bakı, 8 sentyabr, Sporaz.tv

Bu gün Azərbaycanın minifutbol üzrə “Birbaşa Bakı” komandası Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında “Andezit” (Ukrayna) klubu ilə üz-üzə gələcək.

Sporaz.tv “Report”-a istinadən məlumat verir ki, turnirin yarımfinal oyunu Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

Qeyd edək ki, “Birbaşa Bakı” 1/4 finalda Rumıniya təmsilçisi “Nova Vita”-ya 2:1 hesabı ilə qalib gəlib.

Leave a Reply