Çempion son həftədə müəyyənləşəcək

Bakı, 20 may, Sporaz.tv

Trendyol Superliqasında çempionluq düyünü 38-ci və ötən həftə həll olunacaq.

Sporaz.tv  xəbər verir ki, Liqanın XXXVII həftəsinin pərdəsi lider “Qalatasaray”la ikinci olan “Fənərbaxça” arasında keçirilən kritik derbi ilə bağlanıb.

Fenerbahçe” səfərdə “Galatasaray“ı 1:0 hesabı ilə məğlub edib. Sarı-göylər bu qələbə ilə xallarını 96-ya yüksəldib və sarı-qırmızılılar arasındakı xal fərqini 3-ə endirib.

Superliqanın 38-ci həftəsində 99 xalı olan lider “Qalatasaray” aşağı liqada qalmaq üçün mübarizə aparan “TÜMOSAN Konyaspor”un qonağı olacaq. “Fənərbaxça” aşağı liqaya düşməsi dəqiq olan “İstanbulspor”u qəbul edəcək.

“Galatasaray” “Konyaspor”la qarşılaşmada ən azı bir xal qazansa, çempionluğa yüksələcək. Sarı-qırmızılar uduzsa, “Fenerbahçe” qalib gəlsə, xallar bərabərləşəcək və cüt top fərqi meydana çıxacaq. Top fərqinə görə “Galatasaray”dan üstün olan sarı-göylülər 10 illik çempionluq həsrətinə beləcə son qoyacaq.

Vüqar ALIŞOV