Çempion İspaniya

Bakı, 29 iyul, Sporaz.tv

19 yaşlı futbolçulardan ibarət UEFA Avropa çempionatının finalında Fransanı 2:0 hesabı ilə məğlub edən İspaniya, çempion olub.

Sporaz.tv xəbər verir ki, Şimali İrlandiyanın Belfast şəhərindəki Windsor Parkda keçirilən final matçının ilk yarısını İspaniya, 38-ci dəqiqədə İker Bravonun qolu ilə 1-0 öndə tamamlayıb.

19 yaşlı futbolçulardan ibarət İspaniya millisi, matçın 69-cu dəqiqəsində Assane Diaonun köməkliyi ilə xal fərqini 2-yə yüksəldib və meydanı 2:0 hesabı ilə tərk edərək,Avropa çempionatına vəsiqə qazanıb.

1952, 1954, 1995, 2002, 2004, 2006, 2007, 2011, 2012, 2015 və 2019-cu illərdən sonra 12-ci dəfə kuboku bu yaş kateqoriyasında muzeyinə aparıb və ən çox kubok qazanan ölkə adının sahibi olub .

Daha əvvəl 8 dəfə kuboku qazanan Fransa isə 4-cü dəfə finalda məğlub olub.