Çempion “İnter” Hakan Çalhanoğlu ilə qol vurub

Bakı, 29 aprel, Sporaz.tv

A seriyasında 20-ci çempionluğunu qazanan “İnter” milli futbolçu Hakan Çalhanoğlunun 4 dəqiqədə vurduğu qollarla “Torino”nu 2:0 hesabı ilə məğlub edib.

Sporaz.tv  xəbər verir ki, ötən həftə “Kalyari” ilə heç-heçə edən “Juventus”(Yuventus) bu həftə evdə “Milan”la qolsuz bərabərə qalıb. Massimiliano Alleqrinin idarə etdiyi qara-ağlılar son 8 həftədə 7-ci dəfə xal itirib.

“Napoli” ilə “Roma”nın 2:2 hesablı heç-heçə etdiyi həftədə “Atalanta” öz meydanında “Empoli”ni 2:0 hesabı ilə məğlub edib.

34-cü həftənin sonunda 89 xalla liqanın zirvəsində olan “İnter”i 70 xalla “Milan”, 65 xalla “Juventus”(Yuventus) 63 xalla “Bolonya” və 59 xalla “Roma” izləyir.

Vüqar Alışov