Çempion ABŞ

Bakı, 9 iyul, Sporaz.tv

FIBA U17 Basketbol Dünya Kubokunun final oyununda ABŞ İtaliyanı 129-88 hesabı ilə məğlub edərək çempion oldu.

Sporaz.tv xəbər verir ki, İstanbulda keçirilən FIBA ​​U17 Basketbol Dünya Kubokunun finalında İtaliya və ABŞ milliləri üz-üzə gəlib.

Sinan Erdem İdman Salonunda oynanan matçın ilk yarısını ABŞ 73-36 fərqlə öndə keçirdi. İkinci hissədə də üstün oyununu davam etdirən ABŞ, qarşılaşmada 129-88 qalib gələrək çempion olub.

ABŞ-da 26 xal toplayan Koa Peatın qələbədə mühüm rolu olub.

Digər tərəfdən, üçüncü yer uğrunda görüşdə Türkiyə millisi, Yeni Zelandiyanı 101-78 hesabı ilə məğlub edib.