Bakı, 22 may, Sporaz.tv
Şərq Konfransının final mərhələsinin ilk oyununda normal vaxtda 117-117 hesabı ilə başa çatan matçdan sonra “Celtics“(Seltiklər)”Pacers“i əlavə vaxtda 5 xalla qalib gəlib.
Sporaz.tv xəbər verir ki, Ceyson Tatum 36 xal və 12 ribaundla “dubl-dabl” edərək “Seltiks”in qələbəsində mühüm rol oynayıb.
“Pacers”in heyətində Tyrese Haliburton 25, Paskal Siakam 24, Mayles Turner 23 xal toplasa da, məğlubiyyətin qarşısını ala bilməyib.
Vüqar ALIŞOV