“Celtics” ikinci dövrəyə çıxıb

Bakı,10 iyun,Sporaz.tv

Amerika Basketbol Liqasının (NBA) final seriyasının ikinci oyununda Boston Celtics Dallas Mavericks üzərində 105-98 hesabı ilə qalib gələrək 2-0 önə keçdi.

Sporaz.tv məlumat verir k,Bostondakı TD Gardendə oynanan matçın ilk periodunda 28-25 geridə qalan Celtics 54-51 üstünlüyü ilə soyunub-geyinmə otağına getdi. Celtics üçüncü rübü 9 xal (83-74) irəlidə tamamladı və matçı 105-98 hesabı ilə qazanaraq seriyada 2-0 önə keçdi.

Doğma meydanın üstünlüyündən yaxşı istifadə edən və ilk iki oyunda qalib gələn “Celtics” üçün bu matçda Jrue Holiday 26 xal və 11 ribaundla fərqlənib. “Jaylen Brown”un 21, “Jayson Tatum” ve “Derrick White” de 18 xal  qələbəyə töhfə veriblər. “Celtics”in ulduz futbolçusu Tatum 18 xal, həmçinin 12 məhsuldar ötürmə və 9 ribaundla yadda qalıb.

Mavericks üçün Luka Doncicin tripl-dubl göstərməsi qələbə üçün kifayət etmədi. Ulduz futbolçu matçı 32 xal, 11 ribaund və 11 məhsuldar ötürmə ilə başa vurub.

Ümumilikdə 4 qələbə qazanan komandanın NBA çempionu olacağı seriyanın 3-cü və 4-cü oyunları Dallasda keçiriləcək. Seriyanın 3-cü oyunu 13 İyun Cümə axşamı, GMT vaxtı ilə saat 03.30-da American Airlines Center-də keçiriləcək.

Celtics 16 ildən sonra qələbəyə yaxındır

Los Angeles Lakers ilə ən çox çempionluq qazanan NBA komandası olan Boston Celtics 16 ildən sonra qələbəyə çox yaxındır.

Son çempionluğunu 2008-ci ildə qazanan “Celtics” 2010 və 2022-ci illərdə finalda çıxış edib. Celtics final seriyasında daha 2 qalib gəlsə, 18-ci çempionluğunu iddia edəcək və NBA-da ən çox çempionluq qazanan komanda titulun yeganə sahibi olacaq.

Dallas Mavericks 2011-ci ildə çempion olduqdan sonra ilk dəfə finalda çıxış edir. Seriyada 2-0 geridə qalan Mavericks yenidən Doncicin rəhbərliyi altındadır.