“Celtic” yenidən Şotlandiyanın ən güclüsü olmağı bacardı

Bakı,11 may,Sporaz.tv

Celtic” Şotlandiya çempionatında 2023/2024 mövsümünün qalibi olub.

Sporaz.tv məlumat verir ki, XXXVI tur çərçivəsində əzəli rəqibi “Rangers“(Reyncers) 2:1 hesabı ilə məğlub edərək xallarının sayını 87-ə çatdıran “ağ-yaşıllar” ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxıblar.

Qeyd edək ki, vaxtından əvvəl çempionluğunu rəsmiləşdirən “Celtic” tarixi ərzində 54 dəfə ölkənin ən güclüsü olub.

Mənbə:Report