“Celtic” öz meydanında 5 qolla Nəhənglər Liqasının qalibi olub

Bakı, 19 sentyabr, Sporaz.tv

Çempionlar Liqasının ilk həftə matçında “Celtic“, doğma meydanda “Slovan Bratislava” ilə üz-üzə gəlib. Döyüş 5:1 hesabı ilə “Celtic”(Seltik)-Slovan Bratislavain xeyrinə başa çatıb.

Sporaz.tv məlumat verir ki, Çempionlar Liqasının ilk həftəsində “Celtic” və “Slovan Bratislava” komandaları mübarizə aparıb.

Qarşılaşma 5:1 hesabı ilə “Celtic”-in xeyrinə başa çatıb. “Celtic” 17-ci dəqiqədə Scales, 47-ci dəqiqədə Furuhashi və 56-cı dəqiqədə Engelslə hesabı 3:0-a çatdırıb. “Slovan Bratislava”-da çıxış edən Wimmer 61-ci dəqiqədə hesabı 3:1-ə çatdırıb.

Maeda 70-ci dəqiqədə komandasının 4-cü qolunu vurub. 87-ci dəqiqədə Ayda 5-ci dəfə “Celtic”-in qapısını silkələyib və hesabı müəyyənləşdirib.

Bu nəticə ilə “Celtic”, Nəhənglər Liqasına 3 xalla başlayıb.

Çempionlar Liqasının ikinci oyununda “Celtic”, Dortmund “Borussiya“-sını qəbul edəcək. Həmin həftə “Slovan Bratislava” doğma meydanda “Manchester City“(Mançester Siti) ilə qarşılaşacaq.

Leave a Reply