CAS-ın Vitor Pereira ilə bağlı qərarı

Bakı, 27 sentyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-nin sabiq baş məşqçisi Vitor Pereira, Braziliyanın “Corinthians” komandasından 465 min avro təzminat qazanıb.

Sporaz.tv məlumat verir ki, Səudiyyə Ərəbistanının “A Shabab” komandasını çalışdıran Vitor Pereira, onun keçmiş komandası, “Corinthians”-a qarşı iddiasını qazanıb. İsveçrə İdman Arbitraj Məhkəməsində (CAS) baxılan işdə Braziliya klubunun, Pereiraya 465 min avro təzminat ödəməsinə qərar verilib.

Portuqaliyalı çalışdırıcı ilin sonuna kimi “Corintians”da çalışıb və 2022-ci ilin fevralında burada fəaliyyətə başlayıb. Pereira, bu dövrdən qalan debitor borcları üçün Braziliya komandasına qarşı iddia qaldırıb. 56 yaşlı çalışdırıcı, əvvəlcə FİFA-ya müraciət edib və müsbət qərar alıb. “Corinthians” bu qərardan CAS-a şikayət edib.

Vitor Pereira, “Corinthians”-ın heyətində 64 oyun keçirib, 26 qələbə, 21 heç-heçə və 17 məğlubiyyət əldə edib.

Leave a Reply