“Kayserispor” Maneni göndərmək istəmir

Bakı, 20 iyun, Sporaz.tv

Kayserispor” təcrübəli cinah oyunçusu Carlos Mane ilə yeni 2+1 illik müqavilə imzaladığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, 3 ilə yaxındır “Kayserispor”da çıxış edən Carlos Mane komandası ilə müqavilə müddətini uzadıb.

2021-ci ildə “Rio Ave”dən 1 milyon avroya transfer olunan Carlos Manenin “Kayserispor”la müqaviləsi başa çatmışdı.

“Sarı-qırmızılar”ın verdiyi açıqlamada “Peşəkar futbolçumuz Karlos Mane ilə 2+1 illik müqavilə uzadıldı” deyildi.

Bahar Rüstəm