Carlo Ancelottidən təəccüblü Mbappe iddiası

Bakı, 15 avqust, Sporaz.tv

Real Madridin baş məşqçisi Carlo Ancelotti, Superkubok qələbəsindən sonra Mbappe haqqında: “Mbappe bu mövsüm 50-dən çox qol vura bilər. O, keyfiyyətli futbolçudur” – dedi.

Sporaz.tv məlumat verir ki, UEFA Superkubokunda “Real Madrid”, ikinci hissədə vurduğu qollarla “Atalanta”nı 2:0 hesabı ilə məğlub edib. Türkiyəli futbolçu Arda Güler, ​​88-ci dəqiqədə oyuna daxil olub.

Qələbədən sonra “Real”ın baş məşqçisi Carlo Ancelotti açıqlama verib.

Ancelotti açıqlamasında: “Mbappe bu mövsüm 50-dən çox qol vura bilər. O, bu keyfiyyətə malik futbolçudur. Mbappe bu gün yaxşı oynadı. Komandaya uyğunlaşdı”. dedi.

Yeni transfer Kylian Mbappe bənövşəyi-ağların heyətində ilk rəsmi matçında ilk qolunu vurub.