Carlo Ancelottidən Arda Güler ​​qərarı

Bakı, 18 avqust, Sporaz.tv

Yeni mövsümə Ancelottinin rəhbərliyi altında UEFA Super Kubokunu qazanaraq başlayan Real Madriddə bütün gözlər liqa matçına çevrildi. La Liqada yeni mövsüm həyəcanı cümə günü keçiriləcək matçlarla başlayacaq. 2023-24 mövsümünü çempion kimi başa vuran “bənövşəyi-ağlar” mövsümə “Mallorca” üzərində qələbə ilə başlamağı hədəfləyib. “Real Madrid”in yoldaşlıq matçlarında və Avropa çempionatında göstərdiyi performansla diqqət çəkən Arda Gülərin “Mallorca” matçında oynayıb-oynamayacağı futbolsevərlərin gündəmindədir.

Sporaz.tv xəbər verir ki, Ötən mövsüm əzəli rəqibinə qarşı liqa çempionluğunu qazanan və Çempionlar Liqasının qalibi olan “Real Madrid” yeni mövsümə “Atalanta”ya qalibiyyətlə başlayıb. UEFA Superkubokunu qazanan “Real Madrid” yeni mövsüm öncəsi etdiyi transferlərlə diqqət çəkib. Vinicius Junior, Bellingham, Rodrygo, Brahim Diaz, Arda Güler kimi ulduzlara Kylian Mbappe və Endrick kimi yeni futbolçular qatılıb. Tarixinin ən yaxşı heyətlərindən birini quran “Real Madrid” “Mallorca”ya qalib gələrək 3 xala çatmaq istəyir.

İspaniya La Liqasında həyəcan bu həftə keçiriləcək matçlarla başlayır. Son çempion adı ilə meydana daxil olacaq “Real Madrid” səfərdə “Mallorca”ya qalib gəlməyi hədəfləyib.

“Mallorca” – “Real Madrid” matçı 18 avqust bazar günü, saat 22.30-da başlayacaq. Qarşılaşma S Sport və S Sport Plus ekranlarında canlı yayımlanacaq.

Arda Gülər, komandasının ABŞ düşərgəsində oynadığı “Milan” və “Barcelona” yoldaşlıq matçlarının ilk 11-də başladı.

Yoldaşlıq görüşlərindəki performansı ilə diqqət çəkən gənc ulduz UEFA Superkubokunda “Atalanta” ilə matçda 88-ci dəqiqədə oyuna daxil olub.

Ançelottinin “Mallorca” ilə oyunda ikinci hissədə Arda Gülərə şans verəcəyi gözlənilir.

Yeni mövsümdə Çempionlar Liqası və liqa çempionluğu hədəfi ilə yola çıxan “Real Madrid”in heyətində Mbappe və Endrik kimi ulduz adlar yer alıb.

“Bənövşəyi-ağlar”ın hücum xəttində Vinicius Junior, Rodrygo, Arda Güler, Brahim Diaz, Jude Bellingham kimi ulduzlar yer alıb.

“Real Madrid” keçən il liqada 87 qol vursa da, cəmi 26 top buraxıb. “Bənövşəyi-ağlar”ın bu mövsüm liqada 100 qol həddini keçəcəyi gözlənilir.

Bahar Rüstəm