Carlo Ançelottidən Arda Gülər ​​haqqında şad xəbər

Bakı , 3 may , Sporaz.tv

Real Madrid“in baş məşqçisi Karlo Ançelotti “Kadis”lə oyun öncəsi mətbuat konfransı keçirib. İtaliyalı çalışdırıcı Arda Gülərlə bağlı şad xəbər verib.

Sporaz.tv xəbər verir ki , La Liqanın 34-cü turunda “Real Madrid” sabah “Kadis”lə qarşılaşacaq.Santyaqo Bernabeuda oynanılacaq qarşılaşma saat 17.15-də başlayacaq.

Kritik matç öncəsi türk futbolsevərlərin gözü Arda Gülərə dikilib. “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti matçdan əvvəl təşkil etdiyi mətbuat konfransında 19 yaşlı ulduz üçün müjdə verib. İtalyan məşqçi Arda Gülər ​​sabah ilk 11-likdə matça başlayacaq” dedi.
Cadiz matçından əvvəl 84 xalla liqaya Real Madrid başçılıq edir. “Barselona” 73 xalla ikinci pillədə qərarlaşıb. Madrid Kadisi, Barsa isə Jironanı məğlub edə bilməsə, Real Madrid çempionluğa iddialı olacaq.

Bu yaxınlarda İspaniya mətbuatı “Defensa Central”da Karlo Ançelottinin Bayern Münhen matçından sonra Arda Gülərlə danışdığı və gənc ulduza ilk 11-lik söz verdiyi xəbəri yayılmışdı. Nəhayət, bu xəbər doğru çıxdı və “Fenerbahçe”nın keçmiş ulduzu sabah Santiaqo Bernabeuda meydana çıxacaq.


Cadiz matçına ilk 11-də başlaması gözlənilən Arda Gülər ​​bir ilki də yaşayacaq. Ulduz futbolçu ilk dəfə “Santyaqo Bernabeu”da La Liqa matçında start 11-də başlayacaq. Türkiyə milli komandasının ulduzu bu mövsüm “Real Madrid” üçün bütün yarışlarda ümumilikdə 8 oyun keçirib. Arda sözügedən 8 matçda rəqib qapısına 2 qol vurmağı bacarıb.

Bahar Rüstəm